...

Azərbaycanda 220 kq-dan çox keyfiyyətsiz ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2011 16:42 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq malları aşkar edilib.
Azərbaycanda 220 kq-dan çox keyfiyyətsiz ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq malları aşkar edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Bakının Sabunçu, Xətai, Suraxanı, Nizami rayonlarında, eləcə də Füzuli, Masallı və Xaçmaz rayonlarında aparılan yoxlamalar zamanı ümumi çəkisi 220 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti