Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası və Qətər Dövləti aviaşirkətlərinin birgə əməkdaşlığı üçün əlavə imkanlar açan qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyasının rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Memorandum Bakıda Azərbaycan və Qətərin mülki aviasiya nümayəndə heyətləri arasında görüşünün yekunu üzrə imzalanıb.
Bundan əlavə, Azərbaycan tərəfi qüvvədə olan hava əlaqəsi haqqında sazişdə dəyişikliklər edilməsi ilə bağlı bir sıra təklifləri baxılmaq üçün qəbul edib.
Bakıdakı görüş Qətər tərəfinin təklifi ilə, eləcə də Doha-Bakı marşrutu üzrə müntəzəm reyslərin planlaşdırılması ilə əlaqədar keçirilib.