Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Azərbaycanın su operatoru "Azərsu" ASC Kür çayı boyunca yerləşən Şirvan, Neftçala, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə yeni layihələrin icrasına başlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin yaydığı məlumatda deyilir.
İndi Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğular kompleksi ilə Abşeron yarımadasına verilən suyun bir hissəsi 6 şəhərə veriləcək.
"Bundan başqa, su, həmçinin, çəkilməsi planlaşdırılan yeni kəmərin yaxınlığında yerləşən 147 qəsəbə və kəndə veriləcək", - məlumatda deyilir.
Yeni layihə iqtisadi baxımdan da vacibdir.
"Bu halda Kür çayından Bakıya verilən suyun azalması, eyni zamanda, ətraf rayonların su təchizatının özüaxımlı rejimdə aparılması enerji xərclərini minimuma endirəcək", - məlumatda bildirilir.