...

Bakıda Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclasına hazırlıq müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2012 15:31 (UTC +04:00)
Bakıda əməkdaşlığın inkişafı üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının yeddinci iclasına hazırlıq məsələləri müzakirə edilib.
Bakıda Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclasına hazırlıq müzakirə edilib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir S.Ağayeva/

Bakıda əməkdaşlığın inkişafı üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının yeddinci iclasına hazırlıq məsələləri müzakirə edilib.

Danışıqlar Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçin Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla görüşündə aparılıb. Bu barədə bazar ertəsi Trend-ə səfirlikdən məlumat verilib.

Məlumata əsasən, tərəflər Belarus və Azərbaycanın nəqliyyat idarələri arasında əməkdaşlığın dinamika və perspektivini, eləcə də nəqliyyat sahəsində birgə investisiya layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Görüş iştirakçıları ikitərəfli əməkdaşlığın fəallaşdırılması üçün, o cümlədən cari ildə hökumətlərarası komissiya çərçivəsində konkret addımları vurğulayıblar. Qarşıdakı iclasda ötən il ərzində qarşılıqlı fəaliyyətin nəticələrinə yekun vurulacağı, eləcə də qarşılıqlı səmərəli əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsi gözlənilir.

2011-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan və Belarus 588,1 milyon dollar dəyərində ticarət əməliyyatı keçiriblər ki, bu da ötən ilin analoji göstəricisini 6,2 dəfə üstələyir. Belə artım Azərbaycan mallarının ixracının 5,9 dəfə artması hesabına təmin edilib.

Bu gün Azərbaycana Belarus ixracatının əsasını maşınqayırma məhsulları (traktorlar, yük avtomobilləri), ərzaq məhsulları, ağac emalı sənayesi məhsulları (fanerlər, DVP, DSP), tikinti sahəsi məhsulları (şüşə qab-qacaq, keramik plitələr), dərman ləvazimatları, məişət texnikası (soyuducular, paltaryuyan maşınlar), neft-kimya məhsulları (təkərlər, etilen polimerlər) təşkil edir.

Belarus Azərbaycandan neft, kənd təsərrüfatı məhsulları (şirələr, tütün məmulatı, qoz), sintetik kompleks saplardan parçalar, spirt, atsiklik spirtlər, bentonit, alüminium oksidlər idxal edir.

2011-ci ildə ilk dəfə olaraq Belarusa Azərbaycan neftinin ilk tədarükü başlanılıb. Bu da qarşılıqlı mal dövriyyəsinin xeyli artımına səbəb olub.

Hazırda Azərbaycana Belarusun 300-dən artıq müəssisəsinin məhsulları çatdırılır. Azərbaycanda Belarus traktorları, yük avtomobilləri, avtokran, kommunal texnika, optik avadanlıq, liftlərin yığılması həyata keçirilir. 2010-cu ildə yığım istehsalı Azərbaycana Belarus ixracatının təxminən 50 faizini təmin edib.

İstehsalat korporasiyasında Belarus-Azərbaycan əməkdaşlığının lideri Gəncə Avtomobil Zavodudur. Xidmətlər sahəsində də əməkdaşlıq genişlənir. Bakı-Minsk marşrutu üzrə mütəmadi aviareyslər açılıb.

Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətləri arasında Belarus istehsalat korprorasiyasının inkişafını görür. Bu sıraya asma və qoşqu qurğuları, kombaynların istehsalının mənimsənilməsi, vaqonların təmiri, aqrar sənaye kompleksi sahəsində kompleks əməkdaşlıq, avtobus, lift, MAZ avtomobilləri, traktor və digər kənd təsərrüfatı texnikaları, dərman ləvazimatları, şüşə qab-qacaq, ağac emalı məhsullarının ixracatı, elmi-texniki, təhsil, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, investisiya və lizinq sahəsində layihələrin həyata keçirilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti