Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.Xəlilova/
2011-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyaların ümumi həcmi 2 515,96 milyon manat təşkil edib ki, bu da 2010-cu ilin göstəricisindən 3,2 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Məlumata əsasən, ötən ilin yanvar-dekabr aylarında xarici dövlətlər və beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların 84,2 faizi (2117.5 milyon manat) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyanın payına düşüb.
Əvvəlki kimi Böyük Briyaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 44,6 faiz, investisiyaların özü isə 1 122,8 milyon manat təşkil edib.
ABŞ investisiyaları 360,7 milyon manat (14,4 faiz xüsusi çəki ilə), Yaponiya 228,4 milyon manat (9,1 faiz), Norveç 127,7 milyon manat (5,1 faiz), Türkiyə 103,8 milyon manat (4,1 faiz), Çexiya 99,9 milyon manat (4 faiz), Fransa 45,7 milyon manat (1,8 faiz), Koreya 28,3 milyon manat (1,1 faiz), İsveçrə 7,5 milyon manat (0,3 faiz), Səudiyyə Ərəbistanı 2,7 milyon manat (0,1 faiz), İtaliya 536,8 min manat, Lüksemburq investisiyaları isə 74,3 min manat təşkil edib.
Beynəlxalq maliyyə institutlarından ən çox investisiya Dünya Bankı tərəfindən qoyulub (185,48 milyon manat, 7,4 faiz xüsusi çəki ilə). Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda layihələrin həyata keçirilməsinə 132,3 milyon manat (5,2 faiz), Asiya İnkişaf Bankı 60,5 milyon manat (2,4 faiz), TACIS proqramı 6,4 milyon manat (0,3 faiz), İslam İnkişaf Bankı 2,07 milyon manat (0,1 faiz), Küveytin İqtisadi İnkişaf Fondu isə 922 min manat ayırıb.
Yanvarın 21-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.