...

Aİ Azərbaycana qiymətli kağızlar sahəsində qanunvericiliyi təkmilləşdirməyə kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2012 20:14 (UTC +04:00)
2012-ci ilin ortalarından Azərbaycanda Avropa İttifaqının (Aİ) "Azərbaycanın qiymətli kağızlar bazarı üzrə institusional inkişaf və qanunvercilik bazasının Aİ-nin qanuvericiliyinə müvafiq uyğunlaşdırılması" tvininq-layihəsi başlayacaq.
Aİ Azərbaycana qiymətli kağızlar sahəsində qanunvericiliyi təkmilləşdirməyə kömək edəcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir N.İsmayılova/

2012-ci ilin ortalarından Azərbaycanda Avropa İttifaqının (Aİ) "Azərbaycanın qiymətli kağızlar bazarı üzrə institusional inkişaf və qanunvercilik bazasının Aİ-nin qanuvericiliyinə müvafiq uyğunlaşdırılması" tvininq-layihəsi başlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ötən ilin yekunları üzrə illik hesabatında deyilir.

"Hazırda layihənin həyata keçirilməsinə hazırlıq işləri aparılır. Planlaşdırılır ki, layihə 2012-ci ilin ortalarına qədər buraxılacaq və 2014-cü ildə başa çatacaq", - hesabatda qeyd edilir.

2011-ci ilin martında Bakıda bu tvininq-layihənin ilkin şərtlərinin təqdimatı baş tutub. Təqdimatda normativ-hüquqi sənədlərin Aİ qanunvericiliyinə müvafiq uyğunlaşdırılmasını nəzərdə tutan yeni qanunvericiliyin tətbiqi ilə bağlı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti