...

Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi aparılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2012 12:14 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu günlərdə 2011-ci il ərzində istehlak qiymətlərinin indeksinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini həyata keçirəcək.
Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi aparılacaq

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir N.İsmayılova /

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu günlərdə 2011-ci il ərzində istehlak qiymətlərinin indeksinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini həyata keçirəcək. Trend-in məlumatına görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov çərşənbə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə bildirib.

"Biz Dövlət Statistika Komitəsinə müraciət etmişik və bu barədə məlumatlar almışıq. 2011-ci ildə istehlak qiymətlərinin indeksi 7,9 faiz təşkil edib. Bu ondan xəbər verir ki, 2012-ci il yanvarın 1-dən əmək pensiyalarının sığorta hissəsi 7,9 faiz artacaq", - Müslümov deyib.

Onun sözlərinə görə, bu, bu il üçün birinci artımdır və sonrakı artım sosial sığortadan daxilolmaların həcmindən asılı olaraq aparılacaq.

"Əgər bizim əməkhaqlarının leqallaşdırılması üzrə tədbirlərimiz və əməkçilərin qeydiyyatı öz effektivliyini göstərərsə, onda pensiyaların artırılması üzrə baza yaradılmış olacaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti