...

Bakıda çovğun aeroportun işinə təsir göstərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 08:59 (UTC +04:00)
Bakıda səhər saatlarından başlayan çovğun Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir göstərib. Bu barədə cümə axşamı Trend-ə Aeroportdan məlumat verilib.
Bakıda çovğun aeroportun işinə təsir göstərib

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir R.Daraxşan/

Bakıda səhər saatlarından başlayan çovğun Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir göstərib. Bu barədə cümə axşamı Trend-ə Aeroportdan məlumat verilib.

Baxmayaraq ki, reyslərin heç biri ləğv edilməyib, bütün reyslərin Bakıdan yola düşməsi təxirə salınıb.

Həmçinin saat 05:40-da Tehrandan Bakıya gəlməli olan J2 006 reysinin gəlişi saat 12:00-dək təxirə salınıb.

Naxçıvandan saat 02:55-də Bakıya gəlməli olan J2 258 reysi isə eniş edə bilməyib və geri qayıtmalı olub. Bu reysin gəlişi saat 09:00-dək təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti