...

"Fitch Ratings" "AccessBank"ın reytinqini "BB+" səviyyəsində təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 15:10 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bankı "AccessBank"ın xarici valyutada defolt emitentinin uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiq edib.
"Fitch Ratings" "AccessBank"ın reytinqini "BB+" səviyyəsində təsdiq edib

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir N.İsmayılova/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bankı "AccessBank"ın xarici valyutada defolt emitentinin uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiq edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı agentliyin yaydığı məlumatda deyilir.

Reytinq üzrə proqnoz "Sabit"dir.

"AccessBank"ın defolt emitentinin reytinqinin təsdiqi "Fitch"in bankın səhmdarları olan beynəlxalq maliyyə təşkilatları tərəfindən dəstək imkanı ehtimalı haqqında rəyini əks etdirir.

Səhmdarlar sırasına xüsusilə KfW ("AAA"/proqnoz "Sabit"; bankın kapitalında iştirak payı 20 faiz), Avropa Yenidənqurma və İnkişaf Bankı ("AAA"/proqnoz "Sabit"; pay 20 faiz) və Beynəlxalq Maliyyə Korporasiyası ("AAA"/proqnoz "Sabit"; pay 20 faiz) daxildir.

"AccessBank"ın sabitlik reytinqi hazırkı vaxtda aktivlərin sabit keyfiyyətinə, güclü gəlirlilik göstəricilərinə, əhəmiyyətli kapitallaşmaya, adekvat satılmaya və mühafizəkar idarəetməyə diqqət ayırır.

Keçirilən reytinq fəaliyyətləri:

Defolt emitentinin uzunmüddətli reytinqi "BB+" səviyyəsində təsdiq edilib, proqnoz "Sabit"dir;
Defolt emitentinin qısamüddətli reytinqi "B" səviyyəsində təsdiq edilib;
Sabitlik reytinqi "b+" səviyyəsində təsdiq edilib;
Dəstək reytinqi "3" səviyyəsində təsdiq edilib.

"AccessBank" 2002-ci ildə mikrokreditləşmə üzrə ixtisaslaşan bank kimi yaradılıb. 2011-ci ilin sonuna "AccessBank" ümumi aktivlərin həcmi üzrə Azərbaycanın səkkizinci bankı olub və kreditləşmənin həcmi üzrə yeddinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti