...

Bakıda aviareyslərin qəbulu saat 00:00-dək məhdudlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 18:25 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanından Bakı-Moskva marşrutu üzrə reys yola salınmağa hazırlaşır.
Bakıda aviareyslərin qəbulu saat 00:00-dək məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.İsmayılov/

Heydər Əliyev Beynəlxalq Hava Limanından Bakı-Moskva marşrutu üzrə reys yola salınmağa hazırlaşır. Bu reys bu gün bir müddət əvvəl uçmalı idi, lakin pis hava şəraiti səbəbindən yubanıb. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, saat 16:28-də Bakı-Praqa marşrutu üzrə reys göndərilib.

Səfərlinin sözlərinə görə, aeroport tranzit aviareyslərin, habelə Bakıya uçan digər aviaşirkətlərin aviareyslərinin qəbulu və xidməti üçün yerli vaxtla saat 00:00-a qədər bağlıdır.

Səfərli qeyd edib ki, onlar Azərbaycanın digər aeroportlarında, məsələn, Gəncədə enmək qərarına gələ bilərlər.

"Azərbaycan Hava Yolları"nın reyslərinin qəbulu onların gəlməsindən asılı olaraq həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.

Xəbər lenti

Xəbər lenti