...

Bakı-Gəncə aviareysi təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 12:29 (UTC +04:00)
Əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi Bakı-Gəncə aviareysi təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.
Bakı-Gəncə aviareysi təxirə salınıb

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir E.İsmayılov/

Əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi Bakı-Gəncə aviareysi təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

Cədvələ görə, Bakı-Gəncə marşrutu üzrə təyyarə paytaxtdan yerli vaxtla saat 09:55-də uçmalı idi.

"Əlverişsiz hava şəraiti ilə əlaqədar Gəncəyə reys təxirə salınıb", - Səfərli qeyd edib.

Onun sözlərinə görə, aviaşirkətin yerdə qalan resləri cədvələ uyğun həyata keçirilir.

Bir həftədən çoxdur ki, Azərbaycan ərazisində bu gün də saxlanan kəskin hava şəraiti müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti