...

Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 17:22 (UTC +04:00)
Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb.
Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb.

İqtisadi İnkişaf Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 58, mənzil 37 ünvanında Etibar Şəbəndəyevə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Parfum 30% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.

Belə ki, mağazanın ön pəncərələrində "Parfum 30% endirim" sözləri yazılsa da, satış salonunun parfumeriya malları satılan bölməsində bu mallara "15% endirim" tətbiq edilməsinə dair elanların asıldığı aşkar olunub.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti