...

Azərbaycanda kəskin infeksion xəstəliklər üzrə epizootik vəziyyət sabitdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 14:25 (UTC +04:00)
Azərbaycanda kəskin infeksion xəstəliklər üzrə epizootik vəziyyət sabit olaraq qalır.
Azərbaycanda kəskin infeksion xəstəliklər üzrə epizootik vəziyyət sabitdir

Azərbaycan, Bakı, 16 fevral /Trend müxbir A. Axundov/

Azərbaycanda kəskin infeksion xəstəliklər üzrə epizootik vəziyyət sabit olaraq qalır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

2011-ci ildə qarayara xəstəliyinə qarşı 2,8 milyon baş iribuynuzlu, 7,46 milyon baş xırdabuynuzlu, 105,2 min baş təkdırnaqlı heyvanlarda və 6,9 min baş donuzda peyvəndləmə aparılıb. Dabağın peyvəndləməsinə 5,02 milyon baş iribuynuzlu heyvan, 3,35 milyon baş xırdabuynuzlu heyvan cəlb edilib. Heyvanlar digər xəstəliklərə qarşı da peyvənd edilib.

"Azərbaycanda quduzluq xəstəliyinin əvvəlki illərə nisbətən artmasının əsas səbəbləri işğal olunmuş ərazilərdə meşələrin və əkin yerlərinin yandırılıb talan edilməsi nəticəsində vəhşi heyvanların, gəmiricilərin sərhədyanı rayonlara miqrasiya edərək populyasiyalarının artmasıdır. Digər səbəblər arasında təbii fəlakət, vəhşi heyvanların öz yaşayış arealını genişləndirmələri və başqa amillər var. Nəticədə bir sıra rayonlarda kənd təsərrüfatı heyvanları və insanlar vəhşi heyvanların hücumuna məruz qalıblar", - Rüstəmova qeyd edib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq, 2012-ci ildə kənd təsərrüfatı heyvanları, habelə 245,6 min it peyvənd edilib.

"Həmçinin 2011-ci ildə "quş qripi"nə görə yeddi monitorinq aparılıb və monitorinq nəticəsində xəstəlik aşkar edilməyib", - Rüstəmova bildirib

Xəbər lenti

Xəbər lenti