...

Azərbaycan və Qazaxıstanın biznesmenləri əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 14:02 (UTC +04:00)
Bakıda Azərbaycan və Qazaxıstanın biznesmenlərinin görüşü baş tutacaq.
Azərbaycan və Qazaxıstanın biznesmenləri əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 21 fevral /Trend müxbir N.İsmayılova/

Bakıda Azərbaycan və Qazaxıstanın biznesmenlərinin görüşü baş tutacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.

Görüş AZPROMO-nun təşkilatçılığı ilə fevralın 23-də keçiriləcək. Tədbirdə energetika, sənaye, əmlak və tikinti, kənd təssərüfatı kimi sahələri təmsil edən Qazaxıstanın 16-ya yaxın iş adamın iştirakı gözlənilir.

Əlavə məlumat almaq üçün AZPROMO-ya müraciət etmək mümkündür: Əlaqələndirici şəxs: Valeh Mirzəyev, tel.: 012 5980147/48 (daxili 108); faks: 012 5980152; e-mail: [email protected].

Xəbər lenti

Xəbər lenti