...

2011-ci ilin yekunları üzrə Azərbaycanın iri bankının gəliri 9,6 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 19:43 (UTC +04:00)
2011-ci ilin yekunları üzrə Azərbaycan Beynəlxalq Bankının (ABB) xalis gəliri 7,621 milyon manat təşkil edib.
2011-ci ilin yekunları üzrə Azərbaycanın iri bankının gəliri 9,6 milyon dolları ötüb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin yekunları üzrə Azərbaycan Beynəlxalq Bankının (ABB) xalis gəliri 7,621 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

Ötən il ərzində bankın ümumi gəlirləri 78,143 milyon manat, xərcləri isə 70,522 milyon manat təşkil edib.

ABB ötən ili 5 013,8 milyon manat dəyərində aktivlərlə başa vurub. Bankın kredit portfeli 3155,5 milyon manat təşkil edib ki, həmin vəsaitdən istehlakçı kreditlərinin payına 381,3 milyon manat düşür. Bankın 2011-ci ilin sonuna olan öhdəliyi 4308,5 milyon manat təşkil edib.

Hesabat tarixində bankın depozit portfeli 2509,2 milyon manat təşkil edib, burada əhalinin əmanətlərinə 968,996 milyon manat düşür. Bankın məcmu kapitalı hesabat dövründə 512,7 milyon manat təşkil edib.

Bununla yanaşı, aktivlərin (RoA) rentabelliyi 0,16 faiz təşkil edib, öz kapitalının (RoE) rentabelliyi isə 1,77 faiz olub. Hesabat dövründə ölkədə bankın 37 filialı, 630 bankomatı, 3795 POS-terminalı fəaliyyət göstərib. Buraxılan plastik kartların sayı 1 857 673 ədəd təşkil edib.

Fevralın 21-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti