...

Azərbaycan Mərkəzi Bankı və BBVB müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2012 17:30 (UTC +04:00)
Bakı Banklararası Valyuta Birjası (BBVB) və Azərbaycan Mərkəzi Bankı (AMB) BBVB-nin Temenos T24 bank sisteminə qoşulması haqında müqavilə imzalayıb.
Azərbaycan Mərkəzi Bankı və BBVB müqavilə imzalayıb

Azərbaycan, Bakı, 22 fevral /Trend /

Bakı Banklararası Valyuta Birjası (BBVB) və Azərbaycan Mərkəzi Bankı (AMB) BBVB-nin Temenos T24 bank sisteminə qoşulması haqında müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə birjanın çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu qərar BBVB-yə imkan verir:
- ödənişləri real vaxt rejimində həyata keçirməyə;
- BBVB-nin hesabındakı pul vəsaitlərinin hərəkəti haqqında operativ məlumat almağa;
- ödənişlərin AMB-nin Т24 sisteminə birbaşa ixracını həyata keçirməyə;
- ödəniş tapşırıqlarının yerinə yetirilməsi prosesinə operativ nəzarət etməyə;
- hərracalrın yekunları üzrə hesablaşmaların aparılması prosesini sürətləndirməyə;
- hesablaşmalar aparılarkən təhlükəsizliyin səviyyəsini artırmağa.

"Beləliklə, Azərbaycanın maliyyə bazarı öz inkişafında daha bir addım atdı, BBVB isə valyuta və pul bazarlarının birja seqmentində likvidliyin artımını gözləyir", - birjanın məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti