...

Nəqliyyat Nazirliyi Bakıdakı əsas prospektlərdən birinin bağlanması variantını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 12:48 (UTC +04:00)
Asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar Bakıda Neftçilər prospektinin bağlanması imkanları nəzərdən keçirilir.
Nəqliyyat Nazirliyi Bakıdakı əsas prospektlərdən birinin bağlanması variantını nəzərdən keçirir

Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir E.İsmayılov/

Asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar Bakıda Neftçilər prospektinin bağlanması imkanları nəzərdən keçirilir. Bu barədə cümə axşamı Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, asfalt örtüyünün dəyişdirilməsi işlərinə yaxın günlərdə başlanacaq və hazırda prospektin avtomobillərin hərəkəti üçün bağlanması variantı seçilir.

"Bir neçə gün ərzində mərkəzdə avtomobil vasitələrinin hərəkətinə minimum təsir edəcək prospektin bağlanması variantı ilə bağlı qərar qəbul edilməlidir", - Mürsəliyev deyib.

Neftçilər prospekti Bakının mərkəzində hərəkətin ən gur olduğu yollardan biridir.

Xəbər lenti

Xəbər lenti