...

BMT Azərbaycan ilə kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2012 13:08 (UTC +04:00)
FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
BMT Azərbaycan ilə kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Ə.Həsənov/

FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Romada FAO-nun yeni baş direktoru Joze Qratsianonun Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev ilə görüşündə məlumat verilib.

"Görüşdə 2012-ci il aprelin 16-20-də Bakıda keçiriləcək FAO-nun 28-ci Avropa regional konfransına hazırlıq, əməkdaşlığın dinamikasının artması və Azərbaycanda layihələrin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib", - Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın İtaliyadakı səfirliyinin yaydığı məlumatda deyilir.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti fevralın 22-23-də Romada keçirilən BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) 35-ci sessiyasının işində iştirak edib.

Bəhram Əliyevin IFAD prezidenti Kannayo Nvanze ilə görüşündə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri, Azərbaycanda yeni layihələrin həyata keçirilməsi müzakirə edilib. Azərbaycan Fondun layihələrin reallaşdırılmasına başladığı MDB-nin ilk ölkəsidir.

Azərbaycan nümayəndə heyətinin İtaliyanın kənd təsərrüfatı nazirinin müavini Franko Braqa ilə görüşündə isə böyük potensiala malik Azərbaycan-İtaliya əməkdaşlığı üzrə konkret təşəbbüslər və təkliflər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti