...

"DəmirBank" və Niderlandın investisiya şirkəti yeni kredit müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2012 15:33 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" və Niderlandın "ASN-Novib Microkredietfonds" investisiya şirkəti 2,5 milyon ABŞ dolları məbləğində yeni kredit müqaviləsi imzalayıb.
"DəmirBank" və Niderlandın investisiya şirkəti yeni kredit müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Azərbaycan bankı "DəmirBank" və Niderlandın "ASN-Novib Microkredietfonds" investisiya şirkəti 2,5 milyon ABŞ dolları məbləğində yeni kredit müqaviləsi imzalayıb.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, müqavilə Niderlandın "Triple Jump B.V." şirkətinin təşkilatçılığı ilə imzalanıb.

"Bu müqavilə üzrə cəlb olunan vəsait ölkədə mikro və kiçik sahibkarlığın kreditləşməsinə yönəldiləcək. DəmirBank və ASN-Novib arasında sayca ikinci olan bu müqavilə 2 il müddətinə imzalanıb. Yeni razılaşma da daxil olmaqla, ümumilikdə 7,5 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Niderland İnkişaf Maliyyə Şirkəti (FMO), Qara dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti