...

Dünya Bankı Azərbaycanda sosial layihənin icmalını aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2012 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir A.Axundov/

Dünya Bankının (DB) sosial müdafiənin inkişafı layihəsi üzrə missiyası Bakıda səfərdədir. Bu barədə çərşənbə günü Trend-ə DB-nin Bakı nümayəndəliyindən bildiriblər.

Layihə rəhbəri Anastasiya Aleksandrovanın rəhbərlik etdiyi missiya fevralın 28-də başladığı işi martın 8-ə qədər davam etdirəcək.

"Missiya icmal xarakteri daşıyır", - nümayəndəlikdən qeyd ediblər.

Qeyd edək ki, DB və Azərbaycan arasında "Azərbaycanda sosial müdafiənin inkişafı" layihəsi üzrə kredit sazişinin imzalanması 2008-ci ilin noyabrında baş tutub. Layihənin dəyəri 54,6 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti