...

Xalq Bankdan 8 Mart sürprizi – “Bir Dizayn Kart alana, ikincisi hədiyyə!”

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2012 11:02 (UTC +04:00)
2012-ci ilin mart ayının 5-dən 19-dək Xalq Bank yeni “8 Marta hədiyyə: Bir Dizayn Kart alana, ikincisi hədiyyə!” adlı bayram aksiyasına start verir.
Xalq Bankdan 8 Mart sürprizi – “Bir Dizayn Kart alana, ikincisi hədiyyə!”

Azərbaycan, Bakı, 6 mart /Trend/

2012-ci ilin mart ayının 5-dən 19-dək Xalq Bank yeni "8 Marta hədiyyə: Bir Dizayn Kart alana, ikincisi hədiyyə!" adlı bayram aksiyasına start verir.

Aksiyanın şərtlərinə görə Dizayn Karta sahib olmuş müştəri hədiyyə olaraq bayram kuponunu əldə edir. Kuponu təqdim edən şəxs 2012-ci ilin martın 5-dən mayın 30-dək pulsuz Dizayn Kart sifariş etmək şansını qazanır.

Xatırladaq ki, Dizayn Kart Xalq Bankın təklif etdiyi individual dizaynlı plastik kartdır. Bu məhsulun digərlərindən fərqi ondadır ki, müştəri kartın dizaynını öz zövqünə uyğun seçir. Kart sahibi kartın üzərində özünün, uşaqlarının, ailəsinin, ev heyvanlarının, təbiət mənzərələrinin və yaxud da Xalq Bankın www.dizaynkart.az ünvanlı internet səhifəsindən istənilən təsviri yükləyə bilər.

Parametrlərinə görə Dizayn Kart, adi MasterCard Standard kredit və ya debet kartıdır. Bu kart Sizə müxtəlif növ əməliyyatlar - bankomatdan pul çıxarmaq, xidmətlərin haqqını ödəmək, internetdə alış-veriş etmək imkanı verir.

Dizayn Kartı əldə etmək üçün Xalq Bankın istənilən filialına müraciət edərək seçdiyiniz şəkli təqdim etmək kifayətdir. Bu kartı www.dizaynkart.az səhifəsindən onlayn sifariş etmək olar. Təsvirin kart üzərində görünüşü və şəklin texniki tələbləri, eləcə də xidmət tarifləri haqda məlumatı www.dizaynkart.az saytından əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti