Azərbaycan, Bakı, 7 mart /Trend müxbir A.Axundov/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mart ayında bayramların başlaması səbəbindən monitorinqləri aktivləşdirir. Bu barədə çərşənbə günü Trend-ə nazirlikdən məlumat verilib.
"Dövlət Xidməti Novruz bayramında daha çox tələbat olan ərzaq və kənd təsərrüfat mallarının qiymətlərinin süni artırılması faktlarının aşkar edilməsinə yönəlmiş monitoriqnlərin keçirilməsini intensivləşdirib", - nazirlikdən deyiblər.
Bundan başqa, İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı, Bakı İcra Hakimiyyəti və sahibkarlarla birlikdə xüsusi yarmarkların keçirilməsini planlaşdırır.
"Yarmarkalar hər gün martın 10-20-də paytaxtın 11 yerində keçiriləcək. Yarmarkaların məqsədi bayram günlərində tələbatın kəskin artdığı ərzaq və kənd təsərrüfatı mallarına olan ehtiyacı təmin etmək, həmçinin onların süni qiymət artımının qarşısını almaqdır. İstehlakçılar qida və kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən aşağı əldə edə biləcəklər", - nazirlikdən qeyd ediblər.