Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda Novruz bayramı günlərində "Azərbaycan Dəmir Yolları" QSC yük vaqonlarının yüklənməsi və boşaldılmasını gecə-gündüz rejimində həyata keçirəcək. Bu barədə bazar ertəsi Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, martın 20-dən 27-dək QSC-nin müəssisə və stansiyaları gecə-gündüz rejimində çalışacaqlar.
"Bu, sahibkarların bayram günləri yüklərin qəbulu və yola salınmasında problemlə üzləşməmələri üçün edilir", - Əzməmmədov deyib.