...

Azərbaycanda kredit reyestrinin əhəmiyyəti artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 12:52 (UTC +04:00)
Bu gün Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) 1,2 milyondan çox borcalan qeydiyyatdan keçib.
Azərbaycanda kredit reyestrinin əhəmiyyəti artır

Azərbaycan, Bakı, 13 mart / Trend, müxbir A.Axundov /

Bu gün Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) 1,2 milyondan çox borcalan qeydiyyatdan keçib. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin (MKR) rəhbəri Elçin Həbibov "Avtomatik Alətlər, Skorinq və kredit bürosu vasitəsilə maliyyənin optimallaşdırılması" adlı seminar çərçivəsində bildirib.

Seminar Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) "Mərkəzi Asiya Maliyyə Bazarlarının İnfrastrukturu Məsləhət Xidmətləri" (ACAFI) layihəsi çərçivəsində təşkil olunub.

"İl ərzində bağlanmış hər 10 kredit müqaviləsindən yeddisi üzrə kredit verilməsi barədə qərar reyestrdən informasiya alınandan sonra verilib. Hazırda kredit reyestri bankların kredit qərarları verməsi üçün etibarlı alətə çevrilib", - Həbibov bildirib.

Onun sözlərinə görə, təkcə 2011-ci il ərzində kredit reyestrinə 500 mindən artıq müraciət daxil olub.

Reyestrdə bir sorğunun tarifi kredit təşkilatları üçün 2 manat təşkil edir. Borcalanlar isə öz kredit hesabatlarını ödənişsiz olaraq reyestrdən əldə edə bilərlər.

MKR-in məsləhətçisi Norway Registers Develoрment, içraçı isə R.I.S.K. Company-dir. Kredit reyestri Dünya Bankının "Maliyə sektoruna texniki dəstək" (FSTA) krediti çərçivəsində maliyyələşir.

Xəbər lenti

Xəbər lenti