...

Azərbaycan bankı nizamnamə kapitalını 30 faizdən çox artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "MuğanBank"ın ümumi dəyəri 6,056 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birininin nominal dəyəri 200 manat olan 30 279 səhm buraxılıb.

Bu il bank artıq kapitalını 15 milyondan 17 milyon manata qədər artırıb, yeni emissiyanın yerləşdirilməsindən sonra kapital 23,056 milyon manata çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti