...

Azərbaycan və Türkiyə avtomobil daşımaları sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 15:09 (UTC +04:00)
Martın 15-16-da Bakıda Azərbaycan-Türkiyə qarışıq komissiyasının növbəti iclası keçiriləcək.
Azərbaycan və Türkiyə avtomobil daşımaları sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında sazişin şərtlərinə müvafiq olaraq, martın 15-16-da Bakıda Azərbaycan-Türkiyə qarışıq komissiyasının növbəti iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Nəqliyyat Nazirliyinin yaydığı məlumatda deyilir.

İclasda beynəlxalq avtomobil daşımaları sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunacaq.

Azərbaycan və Türkiyəni, xüsusən, enerji və nəqliyyat sahəsində sıx iqtisadi münasibətlər bağlayır.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2011-ci ilin nəticələri üzrə iki ölkə arasında mal dövriyyəsi 1 758,2 milyon dollar təşkil edib. Bununla yanaşı, ixracat 455,8 milyon dollar olub, 1302,4 milyon dollar həcmində idxal əməliyyatları həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti