...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2012 13:51 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,78634 manat səviyyəsində müəyyən olunub. Hərçənd bundan əvvəlki həftə bu göstərici 0,78622 manat səviyyəsində olub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

5 mart

0,7861

12 mart

0,7863

6 mart

0,7861

13 mart

0,7863

7 mart

0,7863

14 mart

0,7864

8 mart

0,7863

15 mart

0,7864

9 mart

0,7863

16 mart

0,7863

Həftə ərzində orta

0,78622

Həftə ərzində orta

0,78634

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0005 bənd (0,05 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 0,7855 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 12-13-də sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7853 AZN/USD səviyyəsində qalıb, martın 14-də 0,7853 AZN/USD məzənnə $1,05 mln., martın 15-də 0,7858 AZN/USD məzənnə ilə $1,028 mln., martın 16-da 0,7858 AZN/USD məzənnə ilə $40 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

5 mart

0,7853

12 mart

0,7853

6 mart

0,7853

13 mart

0,7853

7 mart

0,7853

14 mart

0,7853

8 mart

0,7853

15 mart

0,7858

9 mart

0,7853

16 mart

0,7858

Həftə ərzində orta

0,7853

Həftə ərzində orta

0,7855

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti