...

"Bank of Azerbaijan" Novruz bayramı zamanı müştərilərə bank xidməti göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2012 13:02 (UTC +04:00)
Müştərilərə "Bank of Azerbaijan"ın 18 saylı “Gənclik”, “Sumqayıt” və həmcinin ”Gəncə” filialları vasitəsi ilə 21, 24 və 25 mart tarixlərində xidmət göstəriləcək. Bu barədə Trend-ə bankdan bildirilib.
"Bank of Azerbaijan" Novruz bayramı zamanı müştərilərə bank xidməti göstərəcək

Azərbaycan, Bakı, 19 mart /Trend/

Müştərilərə "Bank of Azerbaijan"ın 18 saylı "Gənclik", "Sumqayıt" və həmcinin "Gəncə" filialları vasitəsi ilə 21, 24 və 25 mart tarixlərində xidmət göstəriləcək. Bu barədə Trend-ə bankdan bildirilib.

Bayramda müştərilər iş günlərini gözləmədən Western Union, Zolotaya Korona, Сotntact və Bıstraya Poçta vasitəsilə pul göndərə və ya ala, mobil rabitə və ya kommunal ödənişləri apara, valyuta mübadiləsi xidmətindən istifadə, kredit üzrə borcun ödənilməsi və digər xidmətlərdən istifadə edə bilərlər.

Bayram günləri "Bank of Azerbaijan" ASC-nin aşağıda göstərilən filialları və həmçinin 2 saylı şöbəsidə də müştərilərə xidmət göstərəcək.

Bakı filial və şöbələri:
21 mart - 18 saylı filial (saat 13:00 - dan 21:00 - dək)
24 və 25 mart - 18 saylı filial (saat 13:00 - dan 22:00 - dək)
2 saylı şöbə - 22/23/24 Mart 2012 tarixlərində saat 10.00-dan - 19.00 - dək

Regional filialları:
21 mart - Gəncə və Sumqayıt filialları (saat 13:00 - dan 21:00 - dək)
24 və 25 mart - Gəncə və Sumqayıt filialları (saat 13:00 - dan 22:00 - dək)

"Bank of Azerbaijan" ASC Novruz bayramı münasibəti ilə bütün xalqımızı təbrik edir! Evinizə ruzi və bərəkət, ailənizə xoş günlər və firavanlıq arzu edir!

Xəbər lenti

Xəbər lenti