...

Azərbaycanın dəmiryollarında hərəkət qismən bərpa olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2012 11:40 (UTC +04:00)
Gürcüstandan Azərbaycana gələn yük qatarının relsdən çıxması nəticəsində qatarların hərəkətində yaranan məhdudiyyətlər qismən aradan qaldırılıb.
Azərbaycanın dəmiryollarında hərəkət qismən bərpa olunub

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir S.Əliyev/

Gürcüstandan Azərbaycana gələn yük qatarının relsdən çıxması nəticəsində qatarların hərəkətində yaranan məhdudiyyətlər qismən aradan qaldırılıb. Bu barədə şənbə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda qatarların hərəkəti bir yolla nizamlanır, Bakıya gələn istiqamətdə ikinci yolun bərpası davam etdirilir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Kürəkçay-Goran mənzilinin 216-cı kilometrliyində Gürcüstandan Səngəçala gələn yük qatarının üç boş vaqonu relsdən çıxıb.

Martın 23-də axşam saatlarında baş vermiş hadisə nəticəsində sərnişin və yük qatarının hərəkətində qismən fasilələr yaranıb. Saat 05:30-da Bakıdan gedən qatarların hərəkəti bərpa olunub.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti