...

"Fitch" Azərbaycan bankının uzunmüddətli reytinqini yüksəldib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2012 16:57 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bankı "Unibank" ASC-nin uzunmüddətli reytinqini "B -" səviyyəsindən "B"-yə qədər yüksəldib, reytinq üzrə proqnozunu isə "sabit" kimi təsdiqləyib.
"Fitch" Azərbaycan bankının uzunmüddətli reytinqini yüksəldib

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bankı "Unibank" ASC-nin uzunmüddətli reytinqini "B -" səviyyəsindən "B"-yə qədər yüksəldib, reytinq üzrə proqnozunu isə "sabit" kimi təsdiqləyib.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu zaman emitentin defoltu üzrə qısamüddətli reytinq agentlik tərəfindən "B" səviyyəsində təsdiq edilib, dəstəkləmə reytinqi "5" kimi göstərilib, dayanaqlıq reytinqi "b -" səviyyəsindən "b"-yə qədər artırılıb.

"Fitch" mütəxəssislərinin fikrincə, yeni reytinqlər Unibank-da qlobal maliyyə böhranından sonrakı dövrdə qeydə alınan kredit portfelin artımını, habelə baş tuta biləcək hər hansı bir zərərlərin ödənilməsi qabiliyyətini və müqayisə olunan digər banklardan fərqli sürətdə yüksələn gəlirliyini əks etdirir. Bundan başqa, reytinq agentliyində etiraf edirlər ki, "Unibank" korporativ idarəetmədə müsbət təcrübə göstərərək, daha çox şəffaflıq nümayiş etdirir. Bu zaman "Fitch" nümayəndələri bankın səhmdar kapitalında önəmli minoritar paylara malik olan beynəlxalq maliyyə təsisatları ilə faydalı əməkdaşlığını da qeyd edirlər. Hesabatda, həmçinin depozit bazasının genişləndirilməsi nəticəsində təkrar maliyyələşdirilmə tələbatlarının idarə olunmasında yeni imkanlar xüsusi vurğulanır.

"Reytinqlərin yenilənməsi bir daha göstərdi ki, "Unibank" inkişaf edir, etibarlıdır və investorlar üçün daima açıqdır", - bankın idarə heyətinin sədri Faiq Hüseynov qeyd edib. Onun fikrincə, son illər ərzində beynəlxalq reytinq agentliklərində milli bank bazarları və onların tərkib hissəsi olan banklara dair çıxardıqları rəy və hesabatlara təkrar baxılması üçün kifayət qədər fürsət olub.

Hüseynovun sözlərinə görə, nəticədə reytinqlərin verilməsi üsullarında konservativ və daha ehtiyatlı yanaşmalar qalib gəlib. "Bunu nəzərə alsaq, əmin ola bilərik ki, hazırda "Fitch" tərəfindən bizim ünvana söylənən hər bir müsbət rəy inkişafımızın ən önəmli və obyektiv qiymətləndirilməsidir", - o fikirlərini tamamlayıb.

Sonuncu dəfə "Fitch Ratings" agentliyi "Unibank" reytinqləri barəsində 2011-ci ilin aprel ayında hesabat dərc edib. O zaman agentlik bank reytinqinin yeni pilləyə qalxmasını məhz maliyyə göstəricilərin, ilk növbədə, aktivlərin, kapitallaşmanın və mənfəətin məqbul keyfiyyəti şəraitində artması ilə şərtləndirirdi. Qeyd edək ki, cari ilin fevral ayının sonuna bankın aktivləri 456,7 milyon manat, kredit portfeli 342,7 milyon manat təşkil edib, mənfəət göstəricisi isə ilin ilk iki ayı ərzində 1,5 milyon manat üstələyib.

Xəbər lenti

Xəbər lenti