...

"FINCA Azerbaijan" kimsəsiz uşaqları və qadınları sevindirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 15:55 (UTC +04:00)
"FINCA Azerbaijan" kimsəsiz uşaqları və qadınları sevindirib.
"FINCA Azerbaijan" kimsəsiz uşaqları və qadınları sevindirdi

Azərbaycan, Bakı, 2 aprel /Trend/

"FINCA Azerbaijan" kredit təşkilatı Novruz bayramı ilə əlaqədar sosial məsuliyyət layihələri çərçivəsində martın 29-30-da Bakıda yerləşən "Qadın və Müasir Dünya" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "İşıqlı ev" Günərzi Mərkəzində yoxsul qadınları və kimsəsiz azyaşlı, yeniyetmə uşaqlarları ziyarət edib.

Trend-in məlumatına görə, iki gün davam edən tədbirdə 50-dən artıq qadın və uşaq üçün bayram süfrələri açılıb və hər bir iştirakçıya hədiyyələr paylanılıb. Mərkəzdə məşğul olan uşaqlar bacarıqlarını nümayiş etdirərək, "FINCA Azerbaijan"ın əməkdaşlarını və qonaqları mahnı, rəqs və şeirlərlə sevindiriblər.

Qeyd edək ki, bu tədbir "FINCA Azerbaijan" və "Qadın və Müasir Dünya" İctimai Birliyinin birlikdə həyata keçirdiyi ilk tədbir deyil. Bundan əvvəl cari dərs ilinin başlanması ilə əlaqədar "FINCA Azerbaijan" "İşıqlı ev" Günərzi Mərkəzində qeydiyyatda olan kimsəsiz uşaqlara məktəbli formaları və məktəb ləvazimatları hədiyyə edib.

"FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikromaliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağıgəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir.

Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 34 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti