...

Azərbaycan bankı "DəmirBank" onlayn ödənişlər çərçivəsində kampaniyaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 13:06 (UTC +04:00)
"DəmirBank"ın internet saytında BillPay sistemi ilə on-layn ödəniş edənlər toplanan bonuslardan istifadə edərək lotereyada iştirak edə bilər.
Azərbaycan bankı "DəmirBank" onlayn ödənişlər çərçivəsində kampaniyaya başlayıb

Azərbaycan, Bakı, 4 aprel / Trend/

"DəmirBank"ın internet saytında BillPay sistemi ilə on-layn ödəniş edənlər toplanan bonuslardan istifadə edərək lotereyada iştirak edə bilər. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Lotereyanın qalibləri 2 tiraj vasitəsilə - 21 iyun və 21 dekabr 2012-ci il tarixlərində müəyyən ediləcək. Lotereyada 2 ədəd HP mininotu, 2 ədəd Canon fotoaparatı, 2 ədəd parfüm mağazasından və 2 ədəd məişət texnikası mağazasından 100 manatlıq kuponlar oynanılacaq.

Plastik kart sahibləri BillPay on-layn ödəniş xidməti vasitəsi ilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, İnternet provayder və kabel TV xidmətlərinin on-layn ödənişini həyata keçirə bilər.

Ödənilən hər 1 manat üçün istifadəçi 100 bonus xalı əldə edir. Lotereyada iştirak etmək istəyənlər şanslarını özləri müəyyən edir. Belə ki, HP mininotu üçün 1500, Canon fotoaparatı üçün 400, kuponlar üçün isə 200 bonus xalı tələb olunur. Misal, əgər müştəri BillPay sistemində 25 manatlıq ödənişlər edibsə, malik olduğu 2500 bonus hesabına aşağıdakı qaydada şanslar əldə edə bilər:

• Variant A: HP mininotu udmaq üçün - 1 şans, Canon fotoaparatı üçün - 2 şans, parfüm mağazasının kuponu üçün - 1 şans
• və yaxud Variant B: HP mininotu udmaq üçün - 1 şans, parfüm mağazasının kuponu üçün - 2 şans, məişət texnikası mağazasının kuponu üçün - 3 şans və sair

Müştəri 1-ci tirajda iştirak şanslarını müəyyən edərkən bonuslarını qismən və ya ümumiyyətlə istifadə etməzsə, onun malik olduğu bonuslar itmir və növbəti tirajda iştirak şansları əldə etmək üçün istifadə edilə bilər.

"DəmirBank" plastik kartlar üzrə "5 manata" və "Pulsuz" kampaniyalarını keçirir. "5 manata kart" kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VİSA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. "Pulsuz" kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.

Xəbər lenti

Xəbər lenti