...

Azərbaycanın Serbiyadakı səfirliyində “11-ci Dəhliz” avtomagistral yolunun sahəsinin tikintisi üzrə müqavilə imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 00:01 (UTC +04:00)
Şənbə günü Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyində “Serbiya Koridorları d.o.o.” və Azərbaycan Respublikasının “AzVirt” şirkətləri arasında Serbiyada həyata keçirilən iri infrastruktur layihələrindən biri “11-ci Dəhliz” avtomagistral yolunun (Belqrad şəhəri – Cənubi Adriatika) Lyiq-Prelyina sahəsinin tikintisi üzrə müqavilənin rəsmi imzalanma mərasimi keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Serbiyadaki səfirliyindən məlumat verilib.
Azərbaycanın  Serbiyadakı səfirliyində “11-ci Dəhliz” avtomagistral yolunun sahəsinin tikintisi üzrə müqavilə imzalanıb

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Şənbə günü Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyində "Serbiya Koridorları d.o.o." və Azərbaycan Respublikasının "AzVirt" şirkətləri arasında Serbiyada həyata keçirilən iri infrastruktur layihələrindən biri "11-ci Dəhliz" avtomagistral yolunun (Belqrad şəhəri - Cənubi Adriatika) Lyiq-Prelyina sahəsinin tikintisi üzrə müqavilənin rəsmi imzalanma mərasimi keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Serbiyadaki səfirliyindən məlumat verilib.

Serbiya Demokratik Partiyasının (DP) sədri, bu günlərdə ölkə Prezidentliyindən istefa vermiş və namizədliyini yenidən bu vəzifəyə irəli sürmüş Boris Tadiç, Serbiyanın İnfrastruktur və Energetika Naziri Milutin Mrkoniç, Xarici İşlər Naziri Vuk Yeremiç, Əmək və Sosial Siyasət Naziri Rasim Lyayiç, dövlət və hökumət qurumlarının üzvlərinin qatıldıqları imzalanma mərasimində Serbiya ictimaiyyətinin nümayəndələri, ziyalılar, tanınmış və nüfuzlu iş adamları, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvlərinin, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak etmişlər.

Müqaviləni "Serbiya Koridorları d.o.o." şirkətinin direktoru Mixail Mişiç, "AzVirt" şirkətinin direktoru Kamil Əliyev və "AzVirt Ogranak (Belqrad)" şirkətinin direktoru İsa Akbulut imzalamışlar.

İmzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfiri E.Həsənov tədbir iştirakçıları və mətbuat nümayəndələri qarşısında çıxış edərək, Azərbaycan və Serbiya iqtisadi əlaqələri və əməkdaşlığı üçün əlamətdar hadisə olan və "Serbiya Koridorları d.o.o." və "AzVirt LLC" şirkətləri arasında "11-ci Dəhliz" avtomagistral yolunun Lyiq-Prelyina sahəsinin tikintisi ilə bağlı müqavilənin imzalanması mərasimində iştirak edənlərə Azərbaycan dövləti və səfirliyi adından təşəkkürünü bildirmiş, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını B.Tadiçə, dost serb xalqına və tədbir iştirakçılarına çatdırmışdır.

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa göstərişi əsasında Serbiyada həyata keçirilən humanitar layihələrə toxunaraq, onların müsəlman və xristiyan dinləri arasında bir körpü rolu oynayacağını, bölgədə mədəniyyətlərarası və dinlərarası dialoqa, bütün mədəniyyətlərə və dinlərə, sülhün bərqərar olmasına, əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirmişdir. O, Azərbaycan-Serbiya əlaqələrinin bu səviyyəyə gəlməsində ölkə başçıları İlham Əliyev və Boris Tadiç arasında mövcud olan səmimi, dost və mehriban şəxsi münasibətlərin müstəsna rolunu vurğulamışdır.

Daha sonra tədbir iştirakçıları qarşısında çıxış edən Boris Tadiç Azərbaycan-Serbiya əlaqələrinin son dövrlərdə əhəmiyyətli şəkildə genişləndiyini qeyd edərək, Serbiya dövlətinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafına böyük önəm verdiyini və son illərdə iki ölkə arasında münasibətlərdə baş verən dinamikliyi buna bariz nümunə olduğunu qeyd etmişdir.

O, "Serbiya Koridorları d.o.o." və Azərbaycan Respublikasının "AzVirt" şirkətləri arasında "11-ci Dəhliz" avtomagistral yolunun Lyiq-Prelyina sahəsinin tikintisi üzrə müqavilənin rəsmi imzalanma mərasimində iştirak etməsindən böyük şərəf duyduğunu qeyd edərək, Serbiya vətəndaşları və Azərbaycanın iş adamlarının uzun illər bu müqavilədən bəhrələnəcəklərinə ümid etdiyini bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnuniyyətlə xatırlayaraq, onlar arasında olan səmimi dostluq münasibətlərini xüsusi vurğulamış, Serbiya Prezidenti qismində Prezident İlham Əliyevlə görüşlərindən ötən qısa müddət ərzində məhz gələcəyə inamlı baxışın iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə yüksək səviyyəli əməkdaşlığın təməlini qoyduğunu bildirmişdir. O, Azərbaycanın bütün sahələrdə böyük potensiala malik olduğunu qeyd edərək, onun yerləşdiyi regionun siyasi sabit, iqtisadi inkişafa malik və aparıcı ölkəsi olduğunu, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu söyləmiş, Azərbaycanın iş adamlarını bütün sahələr üzrə Serbiya iqtisadiyyatına sərmayə qoymağa çağırmışdır.

Tadiç Azərbaycan dövləti tərəfində Serbiyada həyata keçirilən humanitar layihələrə toxunaraq, bu layihələrin iki xalqın yaxınlaşmasında, həmçinin Qərbi Balkan regionunda xalqlararası, mədəniyyətlərarası və dinlərarası dialoqa, regionda etimadın yaradılması, sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət etdiyini vurğulamışdır.

Tadiç Azərbaycan Səfirliyinin bütün istiqamətlər üzrə fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş və salamlarının Azərbaycan dövlətinin başçısına çatdırılmasını xahiş etmiş, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini əminliklə vurğulamışdır.

Tədbir Serbiya və Qərbi Balkan regionu ölkələrinin mətbuatında geniş işıqlandırılmışdır.

Xəbər lenti

Xəbər lenti