...

Astana-Bakı birbaşa aviareysi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2012 13:23 (UTC +04:00)
Astana-Bakı birbaşa aviareysi açılır
Astana-Bakı birbaşa aviareysi açılır

Qazaxıstan, Astana, 13 aprel /Trend, müxbir D.Muxtarov/

Qazaxıstanda cari ilin sonunadək "Eyr Astana" və "Skat" aviaşirkətləri Astana-Bakı, Almatı-Honkonq, Astana-Ulan-Bator, Almatı-Hoşimin, Astana-Pekin, Astana-Kazan, Astana-Daşkənd və Almatı-Kazan istiqamətində yeni beynəlxalq aviareysləri açmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin məlumatında deyilir.

Bu barədə Baş nazirin müavini Azat Bekturovun rəhbərliyi altında keçirilən Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin iclasında aviaşirkətlərin rəhbərləri bildiriblər.

"2011-ci ildə Almatı-Tbilisi, Almatı-Samara, Şımkənd-İstanbul, Astana-Omsk marşrutları açılıb. Bu il onlara yuxarıda sadalanan istiqamətlər əlavə ediləcək" , - məlumatda deyilir.

Yeni beynəlxalq aviamarşrutların açılması ölkələr arasında turizm və ticari-iqtisadi münasibətlərin inkişafına yardım edir, eləcə də yerli aeroportların gəlirlərinin artmasına imkan yaradır.

Xəbər lenti

Xəbər lenti