Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Ə.Həsənov/
Bu ilin iyul ayında 2030-cu ilədək "Böyük Bakının regional inkişaf planı" üzrə ilk dəfə ictimai dinləmələrin keçirilməsi planlaşdırılır. Bu barədə cümə günü Trend-ə baş planın hazırlanması üzrə layihənin koordinatoru Novruz Eldarov bildirib.
"İkinci ictimai dinləmələr cari ilin noyabr-dekabr aylarında gözlənilir, yekun dinləmələr isə 2013-cü ilin fevral-mart aylarına planlaşdırılıb", - Eldarov qeyd edib.
Qeyd edək ki, "Böyük Bakı" layihəsinin əsas vəzifəsi böyük Bakının səmərəli şəhərsalma idarəetmə sisteminin, onun əsasında isə Azərbaycanın digər şəhər və yaşayış məntəqələrinin yaradılmasıdır.