...

Azərbaycan iqtisadiyyatına xarici investisiyaların orta illik artımı 14 faiz təşkil edəcək - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Ə.Həsənov/

2012-ci ildə Azərbaycanda əsas kapitala investisiyalar 11,9 faiz artaraq 18,5 milyard dollar təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən sənaye parkları üzrə regional konfransda Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

2015-ci ildə bütün mənbələr hesabına kapital qoyuluşlarının 65,1 milyard dollar səviyyəsində olacağı gözlənilir.

"Xarici investisiyalar hesabına kapital qoyuluşlarının ümumi həcmindən bu il 5 milyard dollar təmin ediləcək və bu rəqəm 2015-ci ildə 21,2 milyard dollara çatacaq", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bununla yanaşı, xarici investisiyaların orta illik artımı 13,9 faiz təşkil edəcək.

Səfərov bildirib ki, 2012-ci ildə iqtisadiyyatın artım tempinin 4,6 faiz səviyyəsində olması gözlənilir. Azərbaycan ÜDM-in nominal həcminin 59,3 milyard dollar səviyyəsində olacağı planlaşdırılır. 2015-ci ildə ölkədə iqtisadi artım orta hesabla 5,4 faiz səviyyəsində olacaq. 2012-ci ildə adambaşına düşən ÜDM-in 7 min dollardan çox olacağı proqnozlaşdırılır.

Son 10 ildə Azərbaycan ÜDM-i 3,7 dəfə artıb, dövlət büdcəsinin gəlirləri 20 dəfə çoxalıb.

Azərbaycanın müstəqillik əldə etməsindən etibarən ümumilikdə respublika iqtisadiyyatına təqribən 120 milyard dollardan çox investisiya qoyulub.

Xəbər lenti

Xəbər lenti