...

Azərbaycan ilə Bosniya və Herseqovina arasında aqrar sahədə ikitərəfli əlaqələr müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 18:12 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov çərşənbə axşamı Bosniya və Herseqovina Baş nazirinin müavini, kənd təsərrüfatı, su təsərrüfatı və meşəçilik naziri Jerko İvankoviç-Lijanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında aqrar sahədə ikitərəfli əlaqələr müzakirə olunub

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov çərşənbə axşamı Bosniya və Herseqovina Baş nazirinin müavini, kənd təsərrüfatı, su təsərrüfatı və meşəçilik naziri Jerko İvankoviç-Lijanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Nazir İsmət Abasov Jerko İvankoviç-Lijanoviçi səmimi salamlayaraq, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib.

Abasov respublikamızda əlverişli torpaq-iqlim şəraiti, yüksək ixrac potensialı və xarici investisiya qoyuluşu üçün əlverişli şəraitin mövcudluğunu, yerli iş adamlarının ölkəmizin aqrar iqtisadiyyat sahələrinə sərmayə yatırmaq və yeni texnologiyalar gətirmək niyyətini nəzərə alaraq, aşağıdakı istiqamətlərdə əməkdaşlıq əlaqələrinin yaradılmasına dair təkliflərini nəzərə çatdırıb: iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsi məqsədilə baytarlıq, fitosanitar və nazirliklərarası saziş layihələrinin hazırlanması; aqrar yönümlü elmi-tədqiqat institutları arasında əməkdaşlıq əlaqələrinin yaradılması; iqlim dəyişikliyi kontekstində soyuğa və istiyə davamlı bitki sortları və heyvan cinslərinə dair, eləcə də ümumiyyətlə kənd təsərrüfatının iqlim dəyişikliyinin təsirlərinə adaptasiyası və davamlılığının artırılması istiqamətində təcrübə mübadiləsi; heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində aparılmış tədqiqat nəticələrinin mübadiləsi; bitkiçilik məhsullarının istehsalı, emalı və saxlanması sahəsində müasir texnologiyaların tətbiqi; müxtəlif kənd təsərrüfatı bitkilərinin (buğda, arpa, qarğıdalı və tərəvəz) seleksiya və toxumçuluğu sahəsində qarşılıqlı təcrübə mübadiləsi; Bosniya və Herseqovinanın aparıcı lizinq şirkətlərinin və maliyyə qurumlarının (bankların) Azərbaycanın lizinq bazarında fəaliyyətinin təşkili və aqrar sektora investisiyaların yatırılması; aqrar elmi yeniliklərə dair informasiya mübadiləsi; kənd təsərrüfatının müxtəlif sahələrinə həsr edilmiş simpozium, seminar, konfrans, sərgi və yarmarkaların təşkili.

İvankoviç-Lijanoviç səmimi qəbula görə öz minnətdarlığını bildirib və aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılmasında öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti