...

Birinci rübdə Bakıda 17 obyektin layihələndirilməsində pozuntu aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2012 11:41 (UTC +04:00)
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2012-ci ilin I rübündə üç hüquqi və bir fiziki şəxsə binaların və qurğuların layihələndirilməsinə dair fəaliyyət üzrə xüsusi icazə (lisenziya) verib.
Birinci rübdə Bakıda 17 obyektin layihələndirilməsində pozuntu aşkar edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 aprel / Trend, müxbir A.Axundov /

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2012-ci ilin I rübündə üç hüquqi və bir fiziki şəxsə binaların və qurğuların layihələndirilməsinə dair fəaliyyət üzrə xüsusi icazə (lisenziya) verib. Trend-in məlumatına görə, bu barədə Komitənin dünən yaydığı məlumatda deyilir.

I rübdə Bakıda şəhərsalma fəaliyyəti öyrənilib. Baxış keçirilən zaman şəhərsalma qanunvericiliyinin tələblərinin pozulması ilə tikilən 17 ədəd obyekt aşkarlanıb.

Habelə bu dövrdə 7 ədəd milli normativ sənədin tərtibatı başa çatdırılıb və yaxın vaxtlarda təsdiqi və qeydiyyata alınması nəzərdə tutulur. 17 ədəd yeni normativ sənəd isə 1-ci redaksiyada hazırlanıb.

"Tikintidə standartlaşdırma, texniki normalaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Dövlətlərarası Elmi-Texniki Komissiya (TNDETK) tərəfindən təqdim edilmiş 9 ədəd dövlətlərarası standarta baxılaraq rəy bildirilib", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti