...

"Azərbaycan Dəmir Yolları" yük daşımalarını 6 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 14:01 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC maydan etibarən bir müddət əvvəl təmir məqsədilə Ukraynaya göndərilən sərnişin vaqonlarını təhvil almağa başlayacaq.
"Azərbaycan Dəmir Yolları" yük daşımalarını 6 faiz artırıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC maydan etibarən bir müddət əvvəl təmir məqsədilə Ukraynaya göndərilən sərnişin vaqonlarını təhvil almağa başlayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

Bir müddət əvvəl QSC-nin 50 vaqonu Azərbaycanda sərnişin qatarlarının əsaslı təmiri üzrə texnologiyaların olmaması səbəbindən Ukraynaya zavod təmirinə göndərilib.

Qatarların təmiri ilə əlaqədar olaraq, hazırda Moskva və Sankt-Peterburq istiqamətində sərnişin reyslərində "Rusiya Dəmir Yolları" ASC-nin qatarları işləyir.

Bu reyslərdə Rusiya qatarlarının işi fevral ayından başlayıb.

Yük daşımalarına toxunan Əsgərov qeyd edib ki, I rübdə dəmiryolu nəqliyyatında yük daşımaları 6 faiz artıb.

Xəbər lenti

Xəbər lenti