...

Roma-Bakı aviareysi gecikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 17:36 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi Roma-Bakı aviareysi Bakıya üç saat gecikmə ilə gələcək.
Roma-Bakı aviareysi gecikəcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi Roma-Bakı aviareysi Bakıya üç saat gecikmə ilə gələcək. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

Məlumata əsasən, ləngiməyə səbəb təyyarənin dəyişdirilməsi ilə əlaqədar onun Bakıdan üç saat gecikmə ilə uçmasıdır. Təyyarənin dəyişdirilməsinin səbəbi açıqlanmır.

Romadan istiqamət alan təyyarə paytaxta yerli vaxtla saat 18:30-da gəlməlidir, lakin gecikmə səbəbindən Bakıya minimum 21:30-da gələcək.

Xəbər lenti

Xəbər lenti