...

Bakıda istehlakçıların aldadılması faktı aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 18:19 (UTC +04:00)
Səbail rayonu, Nizami küçəsi, 60 ünvanında Xanlar Qədirova məxsus mağazada aparılan yoxlama zamanı mağazada "endirim 30%, 40%, 50%, 60%" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.
Bakıda istehlakçıların aldadılması faktı aşkar olunub

Azərbaycan, Bakı, 3 may /Trend/

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 60 ünvanında Xanlar Qədirova məxsus mağazada aparılan yoxlama zamanı mağazada "endirim 30%, 40%, 50%, 60%" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, yoxlamalar zamanı mağazada satışda olan heç bir mala endirimin tətbiq edilmədiyi aşkarlanıb.

Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı müəyyənləşdirilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcək.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti