...

Azərbaycanın sığorta agentliyi rebrendinq keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 11:25 (UTC +04:00)
"Qarant Sığorta Agentliyi" rebrendinq keçirib.
Azərbaycanın sığorta agentliyi rebrendinq keçirib

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Axundov/

"Qarant Sığorta Agentliyi" rebrendinq keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

"Qarant Sığorta Agentliyi" cari ilin əvvəlində başladığı rebrendinqi aprel ayının sonunda başa çatdırıb. Dəyişiklik agentliyin müasirlik və innovativlik kimi dəyərlərindən irəli gəlib. Yeniliklər əsasən şirkətin vizual görüntüsünə təsir edib. Belə ki, agentliyin loqosunda, korporativ rənglərində, brandbook və digər dizayn işlərində dəyişikliklər edilib", - məlumatda deyilir.

"Qarant Sığorta Agentliyi" 2009-ci ildə fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri hesab olunan "ZQAN Holdinq"-ə daxildir. Şirkət hazırda baş ofisi və 7 filialı ilə müştərilərə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti