...

Azərbaycan bankı "AtaBank" nizamnamə kapitalını artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 12:41 (UTC +04:00)
İyun ayının 27-də "AtaBank" ASC-nin səhmdarlarının 2011-ci ilin yekunlarına həsr olunmuş növbəti ümumi yığıncağı keçiriləcək.
Azərbaycan bankı "AtaBank" nizamnamə kapitalını artırmağı planlaşdırır

Azərbaycan, Bakı, 4 may /Trend/

İyun ayının 27-də "AtaBank" ASC-nin səhmdarlarının 2011-ci ilin yekunlarına həsr olunmuş növbəti ümumi yığıncağı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir. Tədbir saat 11-də Ş.Bədəlbəyli küç., 102 ünvanında bankın baş ofisində olacaq.

İclasda səhmdarlar tərəfindən bankın İdarə Heyəti və Müşahidə Şurasının hesabatı, 2011-ci il üzrə kənar auditor tərəfindən təsdiqlənmiş audit hesabatının təsdiqi, xalis mənfəət hesabına ehtiyatların yaradılması, dividentlərin ödənilməsi, həmçinin nizamnamə kapitalının artırılması və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, "AtaBank" ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda Bakıda və respublikamızın müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərir. 2011-ci ilin yekunlarına əsasən bankın xalis aktivləri 231.0 mln. manat, kredit portfeli 147.0 mln. manat, müddətli depozit portfeli 163.0 mln. manat məcmu kapitalı isə 30.0 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti