Azərbaycan, Bakı, 4 may /Trend/
Əgər işgüzar və yaxud istirahət məqsədi ilə səyahətə çıxmısınızsa və təyinat məntəqənizi Dubaydan 5 saatlıq uçuş vaxtı ayırırsa, o zaman "Flydubai" Sizə çoxsaylı cəlbedici marşrutlar təklif edir. Dubayın aparıcı qənaətcil aviaşirkəti macəralarla zəngin, son dərəcə maraqlı marşrutları Sizə təklif etməyə hazırdır.
Fars körfəzi, Orta Şərq, Afrika, Hindistan, Asiya, MDB, Mərkəzi və Şərqi Avropanı əhatə edən, 29 ölkə üzrə 45 istiqamət daim yeni məkanlara səyahət edərək, onlarla yaxından tanış olub tədqiq etmək imkanı yaradır.
Əgər Siz işgüzar səfərdəsinizsə və ya adi günlərin dövranından yaxa qutarıb istirahət etmək istəyirsinizsə, onda "Flydubai"ın mükəmməl təkliflərini dəyərləndirə bilərsiniz.
3 xüsusi marşrut
Bakı, Аzərbaycan
Xəzər dənizinin qərb sahillərində yerləşən Bakı Qafqazın ən böyük və sürətlə inkişaf edən şəhəridir. Azərbaycan paytaxtı qədim və müasir ənənələri özündə məharətlə birləşdirir. Həmçinin, bu ölkənin mədəniyyəti ilə tanış olmaq, təkraredilməz mətbəxindən dadmaq tövsiyə olunur.
Həftə ərzində 5 uçuş həyata keçirilir.
Мinimal qiymət (ikitərəfli): 284 ABŞ dolları
Əddis-Əbəbə, Efiopiya
Bu ekzotik şəhərin zəngin tarixi ilə tanış olmağa dəyər. Enton dağının ətəyində yerləşən Əddis-Əbəbə uzaq keçmiş və müasirliyin eklektik çoxşaxəliyini ifadə edir.
Həftə ərzində 3 uçuş həyata keçirilir.
Мinimal qiymət (ikitərəfli): 384 ABŞ dolları
Тbilisi, Gürcüstan
Şimalı və Cənubi Qafqaz arası vadidə yerləşən Gürcüstan paytaxtı əsrlər boyu turistləri özünün qədim küçələri, kükürd hamamları və təkrarolunmaz naxışlı eyvanları ilə cəlb edir.
Həftə ərzində 3 uçuş həyata keçirilir.
Мinimal qiymət (ikitərəfli): 272 ABŞ dolları
3 ən populyar biznes marşrutu
Doha, Qətər
Qətərin paytaxtı, eyni zamanda, görkəmli hava limanı - Doha fəal, işgüzar insanlar üçün ideal məkandır. Eyni zamanda, burada həm şəhərin diqqətəlayiq yerləri ilə tanış olmaq və daha dərinə gedərək sirlərlə dolu Qətərlə tanış olmaq mümkündür.
Həftə ərzində 55 uçuş həyata keçirilir.
Мinimal qiymət (ikitərəfli): 157 ABŞ dolları
Кüveyt şəhəri, Кüveyt
Daim inkişafda olan Küveyt ezamiyyətdə və istirahətdə olanlar üçün mədəni məbəddir. Eyni zamanda, Кüveyt əyləncə vahəsidir. Burada arxeoloji sərvətlərdən və ticarət mərkəzlərindən başlamış sualtı üzgüçülük və orijinal mətbəxə kimi hər şey var.
Həftə ərzində 42 uçuş həyata keçirilir.
Мinimal qiymət (ikitərəfli): 164 ABŞ dolları
Мuskat, Оman
Muskat şəhərində Siz özünüzü "1001 gecə" kitabının qəhrəmanı kimi hiss edəcəksiniz. Bu şəhərdə qədim və müasir tikililər, ənənəvi üslubda günbəzlər alaqapılarla inşa edilərək, mürəkkəb mozaika ilə bəzəniblər.
Həftə ərzində 22 uçuş həyata keçirilir.
Minimal qiymət (ikitərəfli): 129 ABŞ dolları
İstirahət üçün 3 ən populyar marşrut
Beyrut, Livan
Nə vaxtsa "Şərqin Parisi" adı qazanmış Beyrut bütün tarixi çətinlikləri dəf edərək çiçəklənən paytaxta çevrilib. Əsrarəngiz mətbəx, zəngin ticarət mərkəzləri, qədim tikililər və şəhərin hər bir güşəsindən dənizə valehedici mənzərə açılır.
Həftə ərzində 14 uçuş həyata keçirilir.
Мinimal qiymət (ikitərəfli): 272 ABŞ dolları
Кolombo, Şri Lanka
Küçə alış-verişi, ticarət mərkəzləri, ibadətxanalar, holland, portuqal və britaniya müstəmləkə üslublu binalar bu rəngarəng paytaxtda bir-birinə sığınaraq tarix və mədəniyyət qarışıqlığı yaradırlar.
Həftə ərzində 7 uçuş həyata keçirilir.
Мinimal qiymət (ikitərəfli): 291 ABŞ dolları
Кatmandu, Nepal
Çoxsaylı küçə alverçiləri və Budda rahibləri. Möhtəşəm ibadətxanalar, saray və meydanlar... Bunlar hamısı Katmandu şəhərində mövcuddur. Burada ayaq saxlayıb şəhərlə tanış olmaq olar və yaxud dağlara qalxaraq məşhur Everesti seyr etmək mümkündür.
Həftə ərzində 7 uçuş həyata keçirilir.
Мinimal qiymət (ikitərəfli): 342 ABŞ dolları
Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və yaxud kiçik çanta daxildir. Digər xidmətlər isə (yükdaşıma xidməti, ayaqlar üçün geniş sahəli yerlər, sərinləşdirici içkilər, əyləncə sistemindən istifadə) pulludur. Beləliklə, sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edərək, xərclərini nəzarət altında saxlayır.
Aviareyslərə biletləri "Flydubai" aviaşirkətinin saytı vasitəsilə (www.flydubai.com), telefon ilə - Dubayda (+9714 231 1000), Sanada (+9671 446 750 ) və yaxud turizm şirkətlərindən əldə etmək olar.
Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 20 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət uçuşları daha sadə, rahat və əlverişli qiymətlərlə həyata keçirməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir.