...

"MuğanBank" depozit portfelini 40 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2012 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin I rübünün yekunları üzrə Azərbaycan bankı "MuğanBank"ın depozit portfeli 2011-ci ilin analoji dövrü ilə müqayisədə 39,3 faiz artaraq 92,35 milyon manat təşkil edib. Bu barədə bazar ertəsi Trend-ə bankdan bildiriblər.

Hesabat dövründə bankın aktivləri 21 faiz artaraq 248,62 milyon manat təşkil edib.

Bankın kredit portfeli hesabat dövründə 27,5 faiz artaraq 186,82 milyon manat, o cümlədən fiziki şəxslərə verilən kreditlər (32,9 faiz artımla) 92,35 milyon manat olub.

I rübün yekunları üzrə bankın xərclərinin ümumi məbləği 6,64 milyon manat, gəlirləri 8,93 milyon manat, xalis gəliri isə 2,29 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində bankın nizamnamə kapitalı 27,2 faiz artaraq 28,3 milyon manat olub. Bankın məcmu kapitalı isə 29 faiz çoxalaraq 34,25 milyon manata çatıb.

Aktiv kartların sayı hesabat dövründə 20 faiz artaraq 8811 ədəd təşkil edib. Bankomatların sayı 51-ə, pos-terminalların sayı isə 96-ya bərabərdir.

Xəbər lenti

Xəbər lenti