Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/
Xidmətlərin keyfiyyətinin yaxşılaşmasını təmin etmək məqsədilə Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə işlər kompleks şəkildə aparılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Bakının nəqliyyat infrastrukturunun "Eurovision-2012" müsabiqəsinə hazırlığı məsələsinə toxunan nazir deyib ki, paytaxtın bütün avtomobil yollarında təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə aparılır.
"Təmir işləri çərçivəsində bütün infrastrukturun dəyişdirilməsi həyata keçirilir. Bundan başqa, turistlər və əhalinin ictimai nəqliyyatda nağdsız ödənişləri həyata keçirə bilməsi üçün avtobus və taksilərdə POS-terminallar quraşdırılır", - Məmmədov vurğulayıb.