Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Axundov/
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın maliyyə sektoru ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu AİB-in maliyyə sektoru üzrə baş mütəxəssisi Yürgen Konrad Azərbaycan Banklar Assosiasiyasında bank dairələrinin nümayəndələri ilə görüşündə bildirib. Trend-in məlumatına görə, bu barədə cümə günü AİB-in yaydığı məlumatda deyilir.
Konrad görüş iştirakçılarına AİB-in son illərdə Azərbaycanda fəaliyyəti və qısamüddətli perspektivdə planları haqqında məlumat verib.
Görüşdə qlobal maliyyə böhranı şəraitində bank və digər kredit təşkilatlarında yaranan çətinliklər və onların öhdəsindən gəlmə yolları haqqında fikir mübadiləsi aparılıb.
Tərəflər yaxın müddət üçün birgə layihələrin reallaşdırılması ilə bağlı işçi planı hazırlamaq barədə razılığa gəliblər.