Azərbaycan, Bakı, 14 may /Trend/
Paytaxt sakinlərinin asudə vaxtlarını səmərəli keçirdikləri məkanlardan biri olan "Park Bulvar" ticarət mərkəzi daha bir kampaniyaya ev sahibliyi edib.
Trend-in məlumatına görə, Beynəlxalq Analar Günü münasibətilə "Möcüzə" paket yağları "Park Bulvarda Möcüzə" adlı müsabiqə keçirib. Müsabiqə "Facebook" sosial şəbəkəsi vasitəsilə reallaşdırılıb.
Müsabiqənin şərtləri analara ünvanlanan ürək sözlərinin çox xal toplaması idi. Beləliklə, "Facebook" istifadəçiləri arasında ən çox xal yığan şəxslərə "Möcüzə" paket yağlarının qiymətli hədiyyələri təqdim olunub.
Bununla yanaşı, kampaniyada beş min anaya "Möcüzə" paket yağları hədiyyə edilib. Həmçinin, kampaniya zamanı alış-veriş mərkəzinə gələn analara və uşaqlara bayram münasibətilə tort paylanıb.
"Möcüzə" paket yağının əsas məqsədi təbii ki, anaya olan sevgi hissini dilə gətirmək və bildirmək idi. Beləliklə, "Möcüzə" paket yağının keçirdiyi bu kampaniya hədiyyə qazanan qaliblərlə yanaşı, Beynəlxalq Analar Günündə iştirak edən hər kəsin ürəyincə olub.