...

Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmalarının 50 faizini qeyri-neft sektoru təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2012 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin yanvar-aprelində Azərbaycanın Vergilər Nazirliyi dövlət büdcəsinə 2,24 milyard manat verginin daxil olmasını təmin edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, mənfəət vergisi üzrə daxilolmalar vergi yığımlarının ümumi həcminin 46,2 faizini, əlavə dəyər vergisi 20,9, gəlir vergisi 10,8, akzis vergisi 6,4, başqa vergilər 15,7 faizini təşkil edir.

Qeyri-neft sektoru dövlət büdcəsinə 1,11 milyard manat həcmində daxilolmaları təmin edib ki, bu da ötən ilin analoji dövründəki göstəricini 17,3 faiz üstələyir.

Yanvar-apreldə dövlət qeydiyyatından ümumilikdə 26 597 vergiödəyici keçib. Ötən il iyulun 1-dən cari il mayın 1-dək elektron qaydada qeydiyyata alınan fiziki şəxslərin sayı 26 416 nəfər təşkil edib. Mayın 1-nə vergiödəyicilərin ümumi sayı 443 592 nəfər olub.

Yanvar-aprel ayları ərzində elektron formada təqdim olunan vergi bəyannamələrinin xüsusi çəkisi 91,7 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti