...

Mozdok-Qazıməmməd qaz kəmərində partlayış baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 11:05 (UTC +04:00)
Dağıstanın Qızılyurd rayonunda Mozdok-Qazıməmməd magistral qaz kəmərində cümə günü gecə partlayış baş verib.
Mozdok-Qazıməmməd qaz kəmərində partlayış baş verib

Azərbaycan, Bakı, 18 may /Trend/

Dağıstanın Qızılyurd rayonunda Mozdok-Qazıməmməd magistral qaz kəmərində cümə günü gecə partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi rayonun hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

"Gecə saat 01:00-dan sonra qaz kəmərinin 676-cı kilometrində 1200 mm diametrlik boruda yanğın baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir", - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, yanğınsöndürənlər işi, demək olar ki, başa çatdırırlar, bu hissədə qaz verilişi dayandırılıb.

"Yanğınsöndürənlər işlərini başa çatdıran kimi mütəxəssislər zədələnmiş borunun kənardan müdaxilə nəticəsində partladığını, dağılma və yanğının kənar təsir nəticəsində baş verdiyini araşdıracaqlar, bundan sonra bərpa işlərinə başlanacaq", - agentliyin müsahibi əlavə edib.

Qaz alması müvəqqəti məhdudlaşan adamların sayı dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti